Menu
Категории раздела
---------- [2]
Dehshetli [2]
Fotosesiya [4]
Idman [1]
Mehshurlar [5]
Mini chat
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Сб, 18.05.2024, 21:04
Приветствую Вас Vezifeler
Ana sehife » Mehshurlar
Müğənni öz toyunda həyat yoldaşına ithafən mahnı oxuyub

Dünən Bakıda müğənni İradə İbrahimovanın toy mərasimi keçirilib.
İ.İbrahimova Ceyhun İzzət adlı Azərbaycan əsilli türk biznesmenlə ailə qurub. Toydan əvvəl Mirmöhsün Ağanın məzarını ziyarət edən cütlük saat 20.00-da mərasimin keçirildiyi şadlıq evinə gəlib. Toyun keçirildiyi sarayın ətrafı mühafizəçilər tərəfindən nəzarətə götürülüb. Qonaqlar adları siyahıda yoxlanıldıqdan sonra içəri buraxılıblar. Televiziyalar və fotoqraflar zalda olmayıb.
Toyu müğənni Abbas Bağırov aparıb. İ.İbarihomova toy üçün xüsusi ssenaridən kənara çıxaraq Brilliant Dadaşovanın repertuarından “Səninəm” mahnısını bəy üçün oxuyub və onlar birgə rəqs ediblər. Toyda Türkiyədən də qonaqlar olub. O cümlədən bəyin anası Zafer xanım mərasimdə iştirak edib.
Прикрепления: Картинка 1
Категория: Mehshurlar | Просмотров: 2739 | Добавил: Ayibogan | Дата: 15.05.2009 | Комментарии (0)

Müğənnin mahnılarına qoyulan qadağa ortadan götürülüb

Röya Ayxanın mahnıları yenidən “Çudo Peçka” mağazalar şəbəkəsində səsləndirilməyə başlanıb. Xəbərə görə Röyanın “Unuduldum” mahnısı “Çudo Peçka”nın “Sahil” metrosu yaxınlığındakı mağazasında səsləndirilib.

Qeyd edək ki, Röya “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbərinin oğlu Anar ilə evləndikdən sonra mahnılarının bu mağazalarda səsləndirilməsinə qadağa qoyulmuşdu. Qadağaya Anarın qohumlarının toyun əleyhinə çıxmaları səbəb olmuşdu.

İndi isə tərəflər barışığa gəliblər. Bu barışdığın nişanələri Röyanın hələ mart ayındakı konsertində özünü büruzə verib. Belə ki, həmin konsertdə Röyanın həyat yoldaşı Anarın nənə və babası da iştirak edib.
Прикрепления: Картинка 1
Категория: Mehshurlar | Просмотров: 1899 | Добавил: Ayibogan | Дата: 15.05.2009 | Комментарии (0)


Bu gün “Bakcell” şirkəti ictimaiyyətə yeni brendini və marketinq strategiyasını açıqlayıb. Mətbuat konfransında bu barədə ətraflı məlumatı 2009-cu ilin yanvar ayından şirkətə baş direktor təyin edilən İneke Botter verib.

Onun sözlərinə görə, hazırda “Bakcell”in milyon yarım abunəçisi var və ilin sonuna qədər onların sayının 2 milyona çatdırılması nəzərdə tutulub.

2009-cu il üçün qoyulacaq investisiya barədə danışan İ.Botter 150 milyon dollar miqdarında vəsait planlaşdırıldığını deyib: “Şirkət eyni zamanda bu il işçilərin sayını da artırmağı planlaşdırır. Biz daha istedadlı, yüksək savada malik gəncləri işə götürməyə üstünlük verəcəyik.

2006-cı ildə 525 nəfər işçimiz vardısa, 2009-cu ilin sonuna qədər 1000 nəfər olacaq. 2006-cı ildə şirkətin gəliri 100 milyon dollar idisə, 2008-ci ilin sonun nəticələrinə görə, bu rəqəm 300 milyon dollar olub”. Baş direktor onu da bildirib ki, artıq şirkətin bütün səhmdarları azərbaycanlılardır.

Yeni brend və deviz – “ ... Читать дальше »
Прикрепления: Картинка 1
Категория: Mehshurlar | Просмотров: 1472 | Добавил: Ayibogan | Дата: 15.05.2009 | Комментарии (0)

Aysel və Araş parlaq ifa nümayiş etdirdilər

Mayın 14-də Moskvada "Eurovision-2009" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Müsabiqənin ikinci yarımfinalı klassik rus xalq mahnısı ilə açılıb. Gecənin aparıcısı, ilk yarımfinalda olduğu kimi, Andrey Malaxov və Natalya Vodyanova olub.

Müsabiqənin ilk iştirakçı ölkəsi Xorvatiya olub. Sonra İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan ölkələrinin ifaçıları çıxış edib.

Növbəti ifa ölkəmizi təmsil edən müğənnilər Aysel və Araş tərəfindən təqdim olunub.

Bəyaz paltarlı, dalğalı saçlı Ayselin gözəlliyi səhnəni bəzəyib. Araşla Ayseli 3 rəqqas müşayiət edib. Olduqca həyəcanlı görünən ifaçılar auditoriya tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Azərbaycanlı təmsilçilərin ardınca Yunanıstan iştirakçısı ifa edib. Sonra Moldova, Albaniya, Ukrayna, Estoniya nümayəndələri səhnəyə çıxıb. Müsabiqənin sonuncu ifaçıları Hollan ... Читать дальше »
Категория: Mehshurlar | Просмотров: 1273 | Добавил: Ayibogan | Дата: 15.05.2009 | Комментарии (0)

Mayın 12-də, Bakı vaxtı ilə gecəyarı Moskvada "Eurovision-2009" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Müsabiqənin birinci yarımfinalında Çernoqoriya, Çexiya, Belçika, Belarus, İsveç, Ermənistan, Andorra, İsveçrə, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina təmsilçiləri çıxış edib.

Birinci yarımfinalda Azərbaycan tamaşaçıları üçün maraqlı olan ölkə qardaş Türkiyə idi. Bu ölkənin təmsilçisi Belçikada doğulub, böyüyən müğənni Hadisə bir neçə gündür ki, həkimlərin ciddi nəzarəti altına götürülüb. Səhhətindəki problemlərə baxmayaraq, müğənni normal çıxış edə bilib. Hadisənin çıxışı zamanı diqqət çəkən məqamlardan biri də, təşkilatçı, Rusiyanın Birinci kanalının rejissorları Türkiyə təmsilçisini ümumi planda göstərmələri olub. Belə ki, Ermənistan təmsilçiləri çıxış edərkən, "Olimpiyskiy" İdman Sarayındakı tamaşaçılar yaddan çıxır, daha çox erməni qızları ... Читать дальше »
Категория: Mehshurlar | Просмотров: 907 | Добавил: Ayibogan | Дата: 14.05.2009 | Комментарии (0)

Sayta girish
Axtar
Кalendar
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Kohne qeydiyyatlar
Dost saytlar